MÜSAHİBƏ


Şeyxülislam Hacı Allahşükür Paşazadə: Torpaqlarımızı işğaldan azad etməklə mənəviyyatımızı dirçəltdik

Bizim ən böyük arzumuz Allah-Təalanın qələbəni bizə nəsib etməsi idi. Əgər Allah-Təala bir xalqı istəyirsə, ona yaxşı, xalqı doğru yola yönəldən, qələbəyə aparan rəhbər göndərir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə erməni işğalındakı torpaqlarımız azad edilib. Bu gün biz öz torpaqlarımızı düşmən tapdağından azad etdik. Bununla həm mənəviyyatımızı, həm də xalqımızı dirçəltdik. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.