MÜSAHİBƏ


Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər

Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoya bilər.  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib. Xidmət Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb. “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda baş tutan görüşdə bildirilib ki, gələcəkdə Rusiyaya idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. Həmçinin “Rosselxoznadzor” Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb. Bundan başqa, qonşu ölkələrdə bitki mənşəli bir sıra virus xəstəlikləri geniş yayılıb. Azərbaycanı da təhlükə gözləyir.