MÜSAHİBƏ


TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

Buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında eşitmişdik. Bu gözəl və əsrarəngiz şəhəri öz gözlərimlə görmək məni həyəcanlandırdı. Amma təəssüflə demək istəyirəm ki, Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi. Özlərini bu şəhərin “sahibi” adlandıranlar buranın gözəlliyinə xələl gətiriblər. Bunu ancaq işğalçı zehniyyətli və işğalçı siyasət yürüdən ölkə edə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.