MÜSAHİBƏ


Fərəh Əliyeva: Noyabrdan bəri azad edilmiş ərazilərdə görüləcək işlərin planlaşdırılması istiqamətində xeyli iş görülüb

Hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük müharibə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Müharibə başa çatandan dərhal sonra dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanılıb. Məhz bu yenidənqurma işləri ilə yenilməzlik ruhumuzu təsdiqləyən Böyük Qayıdış planına start verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İdarələrarası Mərkəzin Elm, təhsil, mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva söyləyib.