MÜSAHİBƏ


FHN-nin məsul əməkdaşı: Muğlada olmağımızın səbəbi Azərbaycan-Türkiyə qardaşlığına sədaqətimizdir

Muğlada olmağımızın səbəbi Azərbaycan-Türkiyə qardaşlığına sədaqətimizdir. Fövqəladə Hallar Nazirliyinin buradakı əməkdaşları böyük ruh yüksəkliyi ilə çalışırlar. Yanğınılar davam edir. Əməkdaşlarımız həm yanğınların söndürülməsi, həm də yaşayış məskənlərinin yanğından mühafizəsi üçün böyük səy göstərirlər.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi, daxili xidmət mayoru Zahid Nəzərli söyləyib.