MÜSAHİBƏ


Mətanət Əsgərqızı: Azad olunmuş torpaqlarımızda işimizi quracağıq

Ağdama səfər edəcəyimi biləndə gecə gözlərimə yuxu getmədi. Artıq bu gün Ağdamdayam. Həm kədərlidir, həm də çox sevinclidir. Özümü çox xoşbəxt hiss edirəm ki, işğaldan azad olunmuş torpağımızdayam. Bu hissləri anlatmaq çox çətindir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avqustun 17-də Ağdamda səfərdə olan Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı söyləyib.