MÜSAHİBƏ


QHT rəhbəri: Ağdamın, digər torpaqlarımızın bərpa olunmasında QHT-lər də üzərinə düşən işi şərəflə yerinə yetirəcəklər

Ağdamda olmağımızdan çox şadıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı yağı düşməndən azad edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Mənim uşaqlığım Ağdamda keçib, İmarətdə Qarabağın oyunlarına çox baxmışıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə avqustun 17-də Ağdamda səfərdə olan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.