MÜSAHİBƏ


Ahlat bələdiyyəsinin sədri: Azərbaycanlı qardaşlarımızın Şuşada, Kəlbəcərdə yaşadıqlarını biz də hiss edir və paylaşırıq

Ahlatdakı Azərbaycan çadırını ziyarət edərkən azərbaycanlı qardaşlarımızın Şuşada, Kəlbəcərdə yaşadıqları eyni duyğuları hiss edir və paylaşırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bitlis vilayətinin Ahlat rayon bələdiyyəsinin sədri Abdülalim Mümtaz Çoban Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə qurulan Azərbaycan mədəniyyətini tanıtma çadırını ziyarət edərkən Azərbaycan mediasına açıqlamasında ifadə edib.