MÜSAHİBƏ


Şuşa sakini: Müzəffər Ali Baş Komandanımıza, ordumuza minnətdarıq ki, bu günləri bizlərə bəxş etdilər

Mən 1957-ci ildə Şuşa şəhərində anadan olmuşam. Şuşadan cavan yaşlarımızda çıxmışdıq, uzun ayrılıqdan sonra geri qayıtmışıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, ordumuza minnətdarıq. Minnətdarıq ki, bu günləri bizlərə bəxş etdilər. İndi azad Şuşada rahat gəzirik.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Tahir Quliyev deyib.