MÜSAHİBƏ


Sədaqət Cabbarova: Həmişə Şuşanı yuxularımızda görərdik, indi isə torpağına ayaq basırıq

Mən Şuşadan çıxanda 32 yaşım var idi. 29 ildən sonra doğma yurdumuza qayıtdıq. Hisslərimi sözlə ifadə edə bilmirəm. Prezidentimiz sağ olsun, onun rəhbərliyi ilə bu torpaqlardayıq.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında şəhər sakini Sədaqət Cabbarova söyləyib.