MÜSAHİBƏ


İlqar Rəhimov: Azərbaycan idmanı Tokioda öz gücünü göstərdi

Azərbaycan idmanı Tokio Paralimpiya Oyunlarında öz gücünü göstərdi. Nəhayət Tokioda Azərbaycanın Dövlət Himni səsləndi, bayrağımız ən yüksək zirvədə dalğalandı. Bu münasibətlə mən bütün Azərbaycan xalqını təbrik edirəm.Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokio Paralimpiya Oyunlarının üçüncü günündə idmançılarımızın parlaq qələbələrini şərh edərkən bildirib.