Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaçmazda 117 mindən çox vətəndaş COVID-19 infeksiyasına qarşı peyvənd olunub

01.09.2021 [15:57]

Xəbərin mətni

Xaçmaz rayonunda bu günə kimi 117 min 462 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan 47 min 644 nəfərinə hər iki doza, 69 min 818 nəfərinə isə ilk doza peyvənd vurulub.
Hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.