MÜSAHİBƏ


Kamran Əliyev: Türkiyə səfəri Azərbaycan nümayəndə heyəti üçün çox mühüm və vacibdir

Türkiyəyə səfərimiz qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və adıgedən qurumun Baş prokuroru Bekir Şahinin dəvəti əsasında baş tutub. Səfərin iki əsas istiqamətini qeyd etmək istərdim. Bunlardan birincisi, Türkiyə Ali Məhkəmə və Ali Məhkəmənin Baş Prokurorluğunun inzibati binalarının açılış mərasimi idi. Bildiyiniz kimi, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Digər istiqamət isə yüksək instansiya məhkəmələrində mülki və cinayət işlərinə baxılması, eləcə də bu cinayət işlərinin baxılmasında prokurorluğun rolu mövzusunda beynəlxalq simpoziumda iştirak idi.
Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.