MÜSAHİBƏ


Türkiyənin Baş prokuroru: Qarşıdakı aylarda Bakıya səfər etməyi planlaşdırırıq

Türkiyənin xoş günündə iştirak etdikləri üçün Azərbaycan nümayəndə heyətinə minnətdarlığımızı bildiririk. Biz qardaşıq, sizləri gördükdə doğma qardaşımı görmüş kimi sevinirəm. Buradan azərbaycanlı həmkarlarıma salamlarımızı göndəririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Baş prokuroru Bekir Şahin azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.