MÜSAHİBƏ


Azərbaycanlı diplomat: “Səfirliklər festivalı” çərçivəsində erməni işğalçılarının əsil üzü ifşa olunacaq

Niderlandda “Səfirliklər festivalı” ənənəvi olaraq hər il keçirilir. Azərbaycan səfirliyi də bu festivalda iştirak edir. Ötən il COVID-19 pandemiyasına görə festival onlayn təşkil olunub. Bu il isə festival yeni konsepsiyaya uyğun olaraq keçirilir. Belə ki, ilk dəfə olaraq bir çox səfirliklər qapılarını yerli ictimaiyyətə açıq elan edib. Bu səfirliklərdən biri də Azərbaycan səfirliyidir. Niderlandlılar səfirliklərin binasına daxil ola və onu ziyarət edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Niderland Krallığındakı səfirliyinin birinci katibi Səbinə Sadıqova deyib. Bildirib ki, festivalın ilk günüdə keçirilən “Açıq qapı” konsepsiyası çərçivəsində niderlandlılar Azərbaycan tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış ola biləcəklər.