MÜSAHİBƏ


İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular

Azərbaycan paralimpiyaçıları sentyabrın 5-də başa çatacaq XVI Tokio Paralimpiya Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. Komitə prezidenti bildirib ki, bu gün başa çatmaqda olan Paralimpiya Oyunlarında Azərbaycan yığması öz çıxışını uğurla yekunlaşdırıb.