MÜSAHİBƏ


İlqar Rəhimov: Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir

Komandamız çox güclüdür. Bunu Paralimpiadadan əvvəl də demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.