MÜSAHİBƏ


AQTİ-nin mütəxəssisi: Satışı açıq şəkildə həyata keçirilən qidalar dezinfeksiya olunmalıdır

Qidanın tərkibi hər nə qədər sağlam olsa da, onla düzgün davranmadıqda Covid-19-a yoluxma riski yaranır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ-nin) mütəxəssisi Seymur Qafarov AZƏRTAC-a müsahibəsində qidayla düzgün təmasın qaydalarından danışıb. S.Qafarov ət və ət məhsulları, soyuq qəlyanaltılar, həmçinin, açıq formada satılan meyvə-tərəvəz məhsullarında gizlənən infeksion xəstəliklərdən qorunmaq üçün sözügedən qidaların dezinfeksiya üsulları haqqında məlumat verib.