CƏMİYYƏT


Bakıda Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başlayıb

Radio və Televiziya Üst Qurulu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Zorakılıq və media” mövzusunda məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başlayıb.AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın olduğunu bildirib.