MÜSAHİBƏ


TBMM-in deputatı: Türkiyə parlamentinin üzvü olsam da, qardaş Azərbaycanın da maraqlarını sonadək müdafiə edəcəyəm

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edirəm. İnşallah, bir daha belə işğalları, ermənilərin vəhşiliklərini, qırğınları yaşamayacağıq. Mən Türkiyə parlamentinin üzvü olsam da, ölkəmizdə və beynəlxalq görüşlərdə qardaş Azərbaycanın da hüquqlarını və maraqlarını sonadək müdafiə edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Ankarada fəaliyyət göstərən Yerli Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdu bildirib.