Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oktyabrın 1-dən hər iki doza vaksin vurdurmayan taksi sürücülərinin fəaliyyətinə icazə verilməyəcək

21.09.2021 [15:26]

Oktyabrın 1-dən ictimai nəqliyyat, yük avtomobilləri və taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, ictimai nəqliyyat, yük avtomobilləri və taksi sürücüləri mütləq qaydada koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul etməlidirlər. Hər iki doza peyvənd vurdurmayan və ya immunitet sertifikatı olmayan sürücülər polis əməkdaşları tərəfindən aşkar olunaraq hərəkətdən kənarlaşdırılacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI