MÜSAHİBƏ


Fərid Qayıbov: Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir

Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı. Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.