“Müqəddəs Georgi” kilsəsinin keşişi: Şəhidlər öz canlarını Azərbaycanın ərazi bütövlüyü naminə qurban verdilər
27.09.2021 [15:15]
Xəbərin mətni
Bu gün Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilir. Biz, Azərbaycanda fəaliyyət göstərən gürcü pravoslav kilsələrinin üzvləri bu günü öz adət-ənənələrimizə uyğun keçiririk. İnsanlar səhər saatlarında kilsəyə gəlir, müharibədə şəhid olanların xatirəsinə ehtiramlarını bildirir, onları yad edirlər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qax rayonunun Qaxingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsinin keşişi Petre Xumaraşvili Anım Günü ilə əlaqədar keçirilən dini mərasimdə söyləyib.