MÜSAHİBƏ


Enrike Qaspar: Sevinirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib

Mən işğal edilmiş ərazilərdə 1994-cü ildə olmuşam. Azərbaycan xalqını bu Qələbə münasibətilə təbrik edirəm.Bu barədə AZƏRTAC-a müsahibəsində İspaniyanın “İpək yolu” İnstitutunun vitse-prezidenti Enrike Qaspar bildirib.O deyib: “Sevinirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib. Əminəm ki, işğaldan azad edilmiş torpaqlarda təkcə bərpa işləri aparılmayacaq, eyni zamanda, sülh və tərəqqi bərqərar olacaq”.