MÜSAHİBƏ


Altay Cengizer: Nizami Gəncəviyə həsr edilmiş bu tədbir böyük əhəmiyyət daşıyır

Azərbaycanın böyük mütəfəkkiri, filosofu və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin belə geniş şəkildə qeyd edilməsi təşəbbüsünü alqışlayıram. Azərbaycan Prezidentinin cari il ölkənizdə “Nizami Gəncəvi İli” adlandırılması və böyük mütəfəkkirə həsr edilmiş tədbirlərin keçirilməsi çox vacib qərardır.
Bu fikirləri Türkiyənin UNESCO yanında daimi nümayəndəsi səfir Altay Cengizer qurumun mənzil-qərargahında Nizami Gəncəviyə həsr edilmiş tədbirdə AZƏRTAC-a müsahibəsində söyləyib.