MÜSAHİBƏ


Ernesto Ottone: Nizami poeziyasının hələ də günün çağırışlarına cavab verdiyinin şahidi oluruq

Nizami Gəncəvi əsərlərində ifadə olunan dəyərlər arasında ən əsası mədəniyyətlərarası dialoqdur ki, o da bu günün çağırışıdır. Onun mədəniyyətlərarası mübadiləyə açıq olan dünya görüşü insanı valeh edir. XII əsrdə müxtəlif cəmiyyətlərdə bu dəyərin təbliği elə də asan deyildi.Bu fikirləri UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone AZƏRTAC-a müsahibəsində deyib.