MÜSAHİBƏ


Anar Kərimov: Məqsədimiz Qarabağın kitablarını, elm-mədəniyyətini geri qaytarmaqdır

Məqsədimiz Qarabağın kitablarını, elm-mədəniyyətini geri qaytarmaqdır.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışında söyləyib. Nazir vurğulayıb ki, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə uşaqlar üçün, Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.