MÜSAHİBƏ


Fazil Abbasov: Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü unudulmaz və tarixi hadisədir

Bir il bundan əvvəl Cəbrayıl işğaldan azad ediləndə hamı məni təbrik edirdi. Mən isə göz yaşlarımı saxlaya bilmirdim. Kəndimiz azad olunandan iki gün əvvəl anam rəhmətə getdi. 27 il bu günü- Horovlunun azad olunmasını həsrətlə gözləsə də, bu günü görmək anama qismət olmadı. Bu, mənim ürəyimdə bir qubardır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl sakini, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiri Fazil Abbasov söyləyib.