MÜSAHİBƏ


Araş Derambarş: Rzanın fotoları siyasi və geosiyasi mesajlar ötürür

Atmosfer Festivalının təşkilatçılarındanam. Dünyada məşhur fotoqraf kimi tanınmış Rza Deqatini burada qəbul etməkdən çox məmnun olduq. XX əsrin sonu və XXI əsrin əvvəlində Rza dünyanın gözüdür. Yeni nəsil üçün Rzanı dəvət edirik. Bu bir növ bilik və bacarıqların nəsildən-nəsilə ötürülməsidir.Bu gün Rza Deqatinin Atmosfer Festivalı çərçivəsində qəbul edirik. Məhz gənc nəslə nə etməli olduqlarını bildirmək üçünKurbövuanın meri dünən Rza Deqatiyə şəhərin mükafatını təqdim etdi. Rza XX əsrin şahididir. Onu şəhərimizdə görmək bizim üçün böyük şərəfdir.Bu fikirləri Kurbövua şəhərinin merinin müavini, Paris vəkillər kollegiyasının üzvü, Atmosfer Festivalının təşkilatçısı Araş Derambarş AZƏRTAC-a müsahibəsində deyib.