MÜSAHİBƏ


Rza Deqati: Qarabağ reallıqlarını sərgilərim vasitəsilə dünyaya çatdıracağam

Fransada bu il ərzində 12 sərgim və konfransım gözlənilir. Artıq bu mənim 4-cü sərgimdir və hər sərgi çərçivəsində də konfrans olur. Konfranslarda olduğum müxtəlif ölkələr haqqında məlumat verirəm. Azərbaycan, xüsusilə də onun ayrılmaz hissəsi olan Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışıram. Bu məqsədlə müharibədən çəkdiyim fotoları nümayiş etdirirəm. Qarabağ məsələsini bütün dünya bilməlidir. Qarabağ həqiqətlərini hər kəsə tanıtmaq mənim vəzifəmdir.
Bu fikirləri Kurbövuada “Atmosfer Festivalı” çərçivəsində AZƏRTAC-a müsahibəsində məşhur fotoqraf-jurnalist Reza Deqati deyib.