SİYASƏT


Hərbi Liseydə şəhid gizirin xatirəsi anılıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun şəhid giziri Ziyəddin Rəşidovun xatirəsinə həsr olunan anım mərasimində liseyin zabit, kursant, müəllim heyəti, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin  nümayəndələri iştirak ediblər.