Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb

16.10.2021 [09:55]

Xəbərin mətni

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI