MÜSAHİBƏ


Sərdar Karagöz:Türkdilli dövlətlər arasında ortaq media hovuzu yaradılacaq

Türkdilli dövlətlər arasında ortaq media hovuzu yaradılacaq. Bunun nəticəsində ölkələrimiz arasında xəbər mübadiləsi ən yüksək səviyyəyə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Anadolu agentliyinin baş direktoru və idarə heyətinin sədri Sərdar Karagöz Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində baş tutan "Türk dünyası olaraq gələcəyi qurğulama" mövzusunda plenar iclasından sonra Azərbaycan mediasına açıqlamasında bildirib.
Türkiyə ilə Azərbaycan arasında yaradılan Ortaq Media Platforması haqqında danışan Sərdar Karagöz deyib:" Bu platformanın yaranması ilk növbədə AZƏRTAC ilə Anadolu Agentliyi arasında xəbər mübadiləsinə böyük töhfə verəcək".