SİYASƏT


Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən bu il noyabrın 8-i ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək.
Sərəncamda göstərilir ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqədddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu...