Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Nazir: Məqsədimiz İranla münasibətlərimizin keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etməsidir

04.11.2021 [18:59]

Xəbərin mətni

Azərbaycanın xarici siyasətinin uzun illər ərzində prioriteti bütün ölkələrlə, xüsusilə də qonşu ölkələrlə yüksəksəviyyəli əməkdaşlıq, dostluq münasibətlərinin qurulması və onların inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib - Şimal-Cənub dəhlizi, Araz çayı üzərində böyük layihələr, birgə iqtisadi yatırımlar. Bir neçə ay bundan öncə bir sıra məqamlar yaşandı.