MÜSAHİBƏ


Türkiyənin milli təhsil naziri: Azərbaycan bizim üçün “Bir millət, iki dövlət” anlayışının qarşılığı olan bir ölkədir

Azərbaycan bizim üçün “Bir millət, iki dövlət” anlayışının qarşılığı olan bir ölkədir. Ölkələrimiz arasında bundan əvvəl olduğu kimi, indi də geniş əməkdaşlıq var və biz bu əməkdaşlığın davamlı olmasını istəyirik. Türkiyədə noyabrın 24-ü Müəllimlər Günüdür. Nəzərdə tutulan proqramda dəyişiklik olmasa bu vəsilə ilə noyabrın 25-də Türkiyənin Müəllimlər Günü münasibətilə Azərbaycana səfər edərək orada iki ölkə arasında birgə tədbirin keçirilməsi nəzərdə tutulur. Ziyarətimiz əsnasında, eyni zamanda, ölkələrimiz arasında hər yaş təbəqəsi üzrə təhsil sahəsinə aid əməkdaşlıqlarımızın daha da genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özər mediaya açıqlamasında bildirib.