MÜSAHİBƏ


Viktor Yuşşenko: Forumun gündəliyindəki məsələlər çox aktualdır

Forumun işini təqdirəlayiq hesab edirəm. Gündəlikdəki məsələlər çox aktualdır, məhsuldar debatlar var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenko jurnalistlərə müsahibəsində deyib.O qeyd edib ki, forum çox əlamətdar günlərə - Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin ildönümünə təsadüf edir. Forumun keçirilmədiyi son iki ildə bölgədə çox müxtəlif hadisələr baş verib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ona uğurlar arzulayıram.