MÜSAHİBƏ


Teymur Musayev: Vətəndaşlara peyvəndin "buster" dozası ilə peyvəndlənmə tövsiyə edilir

Azərbaycanın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəsində əldə edilən nəticələr Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən örnək kimi qəbul edilib. Bu gün keçirilən mötəbər forum zamanı da biz həmkarlarımızla bərabər dünyaya bu mövzu ilə bağlı bir sıra mesajlar ötürdük. COVID-19-la mübarizədə yekdil platforma olmalı və ÜST-yə üzv olan dövlətlər həmin platformanın qaydalarını şərtsiz qəbul etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.