MÜSAHİBƏ


İsmail Serageldin : Bakı qlobal müzakirələrin mərkəzidir

Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə uğurla təşkil olunub. Beynəlxalq aləmdən çoxlu dostlarımız vacib məsələləri müzakirə etdilər. Bakı bu cür müzakirələrin mərkəzidir.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında VIII Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.