MÜSAHİBƏ


Səməd Seyidov: Azərbaycanın Qələbəsi sülhün, beynəlxalq qanunun, ədalətin bayramıdır

Zəfər Günü bizə fəxarət hissi yaşadır.
Bu sözləri Madriddə keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə AZƏRTAC-a müsahibəsində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, bugünkü tədbirə yığışan qonaqlar bizimlə bir yerdə yalnız Azərbaycanın Qələbəsini qeyd etmir, onlar ədaləti, beynəlxalq qanunun ən yüksək səviyyədə bizim tərəfdən qorunmasını və yenidən bərqərar olunmasını qeyd edirlər.