MÜSAHİBƏ


Sevil Mikayılova: Azərbaycan dövləti tarix yazdı, Cənubi Qafqaza sülh gətirdi

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Zəfər Gününün birinci ildönümü İspaniyanın paytaxtında da keçirilir. Azərbaycanın dostlarının sayı gündən-günə artır. Bu, bizi çox sevindirir. Bugünkü tədbirdə İspaniya ictimaiyyətinin görkəmli nümayəndələrinin iştirakı bir daha sübut edir ki, Azərbaycanın haqq işinə, ədalətli Zəfərinə böyük dəstək var.Bunu AZƏRTAC-a müsahibəsində Madriddə Zəfər Günü münasibətilə keçirilən qəbulda iştirak edən Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova deyib.