Mədəniyyət naziri: “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək
13.11.2021 [15:27]
Xəbərin mətni
“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək. Şuşa, eyni zamanda, türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək. Bununla bağlı gələn il qərar qəbul ediləcək. Lakin biz bunu gözləmədən artıq 2023-cü ildə “Korkut Ata” film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu, təsdiq olundu. Biz də 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizin mədəniyyət naziri Anar Kərimov İstanbulda media nümayəndələrinə açıqlamasında bildirib.