MÜSAHİBƏ


Orman Əliyev: Arzu Əliyevanın festivalın xüsusi mükafatına layiq görülməsi çox qürurverici xəbər oldu

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Korkut Ata” Film Festivalında Bakı Media Mərkəzi öz istehsalı olan üç filmlə iştirak edirdi və eyni zamanda, bizim Qarabağ Zəfərinə həsr olunan filmimiz festivalın final günündə tamaşaçılara təqdim olundu. Bu, bizim üçün xüsusi əhəmiyyət daşıyır. “BİZ” filminin müəllifi və rejissoru mənəm. “BİZ” filmi Qarabağ müharibəsi zamanı fenomenə çevrilən videoların müəlliflərinə həsr olunub və eyni zamanda, sadə insanların dili ilə müharibədə Azərbaycan xalqının keçirdiyi hisslərdən danışır. Bakı Media Mərkəzinin bu illər ərzində istehsal etdiyi daha bir neçə film festivalda iştirak edib. Mədəniyyət Nazirliyi tərəfindən istehsal olunan Hilal Baydarovun filmi ən yaxşı film nominasiyasında qalib oldu. Bu da bizim üçün çox qürurverici bir xəbər oldu.
Bu fikirləri İstanbulda AZƏRTAC-a müsahibəsində Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ifadə edib.