MÜSAHİBƏ


Ahmet Mispah Demircan: Azərbaycanın film sektorundakı uğurları ortadadır

Türk dünyasında, xüsusilə, Türkiyə film sektoru çox gözəl nəticələr verir.
Film sektorumuz dünyanın 152 ölkəsində özünü sübut edib və bu ölkələrdə tələb olunmağa başlayıb. Hazırda dünyada ən geniş əhatəli və davamlılığına görə ən uzun seriallar Türkiyədə istehsal olunur. Bunun nəticəsində türk dünyasında da seriallar baxımından müsbət cavab aldığımızı gördük.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan bildirib.