MÜSAHİBƏ


Qazaxıstanın mədəniyyət və idman naziri: Bizi ortaq tarix, bu gün və gələcək birləşdirir

Bu festivalın əsas xüsusiyyəti türkdilli ölkələr və bu dövlətlərin kinematoqrafçıları arasında keçirilməsidir. Bu günlər ərzində ən yaxşı kino layihələri, bədii, sənədli və animasiya filmləri nümayiş etdirilib. Türkdilli ölkələrin kinematoqrafçılarının, eləcə də aktyorlarının yüksək peşəkarlığını görmək sevindiricidir. Hər ölkə burada öz tarixini, özünəməxsus xüsusiyyətlərini nümayiş etdirdi. Bütün bu insanları birləşdirən isə sülh tərəfdarı olmalarıdır. Bütün doğma türkdilli ölkələri bu gözəl kino, dostluq, qarşılıqlı anlaşma bayramı münasibətilə təbrik etmək istəyirəm. Bizi ortaq tarix, bu gün və gələcək birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən birinci “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində mediaya açıqlamasında Qazaxıstanın mədəniyyət və idman naziri Aktota Rayımkulova bildirib.