MÜSAHİBƏ


UNICEF rəsmisi: Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı xeyli iş görüb

Azərbaycan son illər uşaq hüquqlarının qorunması və onların inkişafı ilə bağlı xeyli iş görüb. Bu sözləri Uşaqların V Ümumrespublika Forumunda jurnalistlərə açıqlamasında UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib. Onun sözlərinə görə, Azərbaycanda uşaqların inkişafı ilə bağlı həm qanunvericilik, həm də işlərin icrası baxımından bir sıra tədbirlər həyata keçirilib. Biz uşaqların hüquqları ilə bağlı və digər sahələrdə Azərbaycan hökuməti ilə birgə bir sıra layihələr həyata keçiririk. Bunlar arasında uşaqların erkən inkişafı, ana və uşaq sağlamlığı, erkən nikahlar, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə çıxışı və digər məsələlərlə bağlı proqramlar var. Lakin hesab edirik ki, görüləcək işlər də hələ az deyil. Biz Azərbaycanı bu sahədə dəstəkləyəcəyik.