MÜSAHİBƏ


Stanislav Tkaçenko: Zəngəzur dəhlizinin açılması regional və qlobal əməkdaşlıqda mühüm rol oynayacaq

Regionda sabitliyin təmin olunması, Zəngəzur dəhlizinin açılması regional və qlobal əməkdaşlıqda mühüm rol oynayacaq. Bu dəhlizin açılması nəinki region, həm də digər ölkələr üçün iqtisadi əlaqələrin qurulmasında, transit daşımalarında çox əhəmiyyətlidir. Bu dəhliz Naxçıvan eksklavını Azərbaycanla birləşdirməklə yanaşı, həm də mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcək. Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyalar bərpa olunacaq və ticarət axını yaranacaq.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Valday” klubunun mütəxəssisi, Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko ifadə edib.