MÜSAHİBƏ


Rusiyalı hərbi icmalçı: Ağdam şəhərindəki dağıntını törədənlər insan ola bilməzlər

Hərbi jurnalist kimi həyatımda çox dağıntılar görmüşəm, amma Ağdamdakı görüntünün şahidi olmamışam. Bunu törədən insan ola bilməz. Onlar nəinki yerli əhalini öldürüblər, hətta təbiətə belə ciddi ziyan vurublar. Ermənilər Ağdam kimi şəhəri viran qoyublar, şəhər səhranı xatırladır. Şəhərə baxanda adama elə gəlir ki, bura zəlzələnin, vulkan püskürməsinin qurbanı olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdamda erməni vandalizmi ilə tanış olan “Pravda.ru” mediaholdinqinin hərbi icmalçısı Aleksandr Artomonov söyləyib.