Emin Hüseynov: Ağdamda görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir
20.11.2021 [19:10]
Xəbərin mətni
Ağdamda quruculuq işləri Baş plana uyğun olaraq sürətlə aparılır. Görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən ağackmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.