MÜSAHİBƏ


Özbək xalqının Nizami Gəncəviyə hörməti, məhəbbəti çox böyükdür

Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Bunların arasında iki önəmli insanın adını xüsusi vurğulamaq lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvai. Bu günlərdə Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyi qeyd edilir. Həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai böyük mütəfəkkirdirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.